“Benfika”da baş məşqçi ayrılığı gerçəkləşib.
Futbolpress.az xəbər verir ki, Portuqaliya təmsilçisinin çalışdırıcısı Rocer Şmidt istefaya göndərilib. Bu barədə klubun prezidenti Ruy Koşta yerli mətbuata açıqlamasında bildirib. Şmidt uğursuz nəticələrə görə vəzifəsindən ayrılıb.
“Benfika” Portuqaliya çempionatında mövsümə yaxşı başlamayıb. Komanda 4 turdan sonra 7 xalla 6-cı sıradadır.