Tanınmış klubda baş məşqçi ayrılığı

Portuqaliyanın “Braqa” klubunda baş məşqçi Daniel Souza ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

Souza bu ilin mayından komandaya rəhbərlik edirdi. “Braqa” onun başçılığı altında 2 qələbə qazanın, 2 heç-heçə edib.