Tanınmış klub “Qarabağ”ın hücumçusu ilə maraqlanır

“Qarabağ”ın futbolçusu Juninyo karyerasını Serbiyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Srvena Zvezda” braziliyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Mondo” nəşri məlumat yayıb. Xəbərdə Juninyonun qiymətinin təxminən 3 milyon avroya yaxın olduğu qeyd edilib.

Juninyo son mövsümdə “Qarabağ”da 55 oyunda 31 qol vurub, 11 məhsuldar ötürmə edib.