Tanınmış idmançının oğlu “qızıl” qazandı

Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun cüdoçuları növbəti uğurlarına imza atıblar.

Futbolpress.az xəbər verir ki, idmançılar Göygöldə keçirilən yeniyetmələr arasında Avropa kubokunda fərqləniblər.

Cüdoçular yarışda 1 qızıl və 1 bürünc medal əldə ediblər. 81 kq çəkidə çıxış edən Mehdi Abbasov bütün rəqiblərinə qalib gəlib. Qızıl medal qazanan idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Hüseyn Eyvazlı 90 kq çəkidə fərqlənib. O, Avropa kubokunun bürünc medalına yiyələnib.

Turnirdə 14 ölkədən 323 idmançı mübarizə aparır.

Mehdi Abbasov tanınmış MMA döyüşçüsü, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Abbasovun oğludur.