“Atletiko”nun və Uruqvay millisinin keçmiş futbolçusu Dieqo Forlan tennisə başlayıb.
Futbolpress.az xəbər verir ki, 45 yaşlı sabiq hücumçu “Uruguay Open” turnirində qüvvəsini sınayacaq. Bu barədə Forlan ESPN-ə açıqlamasında deyib.
Turnir noyabrın 11-17-də Montevideoda olacaq.
Forlan karyerası ərzində “Atletiko”, “Mançester Yunayted”, “İnter” kimi klublarda forma geyinib.