Fransa millisinin və “Liverpul”un sabiq futbolçusu Cibril Sisse həbs cəzası ala bilər.
Futbolpress.az xəbər verir ki, keçmiş hücumçu vergilərdən yayınmaqda və korporativ aktivlərdən sui-istifadə etməkdə ittiham olunur. Dünən oyunçunun məhkəməsi olub və qərar sabah veriləcək. Prokurorluq 1 illik həbs və 100 min avro cərimə istəyib.
Sisse karyerası ərzində İngiltərədə “Liverpul”, KPR, “Sanderlend”, Fransada “Marsel”, Yunanıstanda “Panatinaikos”, İtaliyada “Latsio”, Rusiyada “Kuban” kimi klublarda forma geyinib. O, Fransa yığmasında 41 oyunda 9 qol vurub.