Tanınmış hücumçu azad agent oldu

Braziliyanın “Qremio” klubunda hücumçu Dieqo Kosta ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, 36 yaşlı futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kosta karyerası ərzində daha öncə “Atletiko” və “Çelsi”də forma geyinib. O, son mövsümdə “Qremio” ilə 25 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.