Polşa millisi ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, yığmanın hücumçusu Ukrayna ilə yoldaşlıq oyununda (3:1) zədə alıb. Vəziyyəti ciddi olan Milik Avro-2024-ü buraxacaq.
Polşa yığması turnirdə D qrupunda Niderland, Avstriya və Fransa ilə üz-üzə gələcək.
Milik “Yuventus”da çıxış edir. O, ötən mövsümdə 36 oyunda 8 qol vurub.