Tanınmış futbolçunun oğlu “Liverpul”la müqavilə imzaladı

Keçmiş futbolçu Cibril Sissenin oğlu Kobi Sisse “Liverpul”la peşəkar müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 16 yaşlı futbolçu yeni mövsümdə “qırmızılar”ın U-18 komandasında oynayacaq.

Cibril Sisse 2004-2006-cı illərdə “Liverpul”un formasını geyinib.