Tanınmış futbolçunun atası bıçaqlandı

“Barselona”nın və İspaniya millisinin futbolçusu Lamin Yamalın atası Munir Nazraui bıçaqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lan Vanguardia” nəşri məlumat yayıb. Futbolçunun atası Kataloniyada naməlum şəxslər tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Munirin durumu orta ağır qiymətləndirilir.