Ötən mövsüm “Sevilya”da çıxış edən Erik Lamela karyerasını Yunanıstanda davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi AEK ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Son klubu “Sevilya” olan yarımmüdafiəçi daha öncə “Tottenhem” və “River Pleyt”də çıxış edib. Lamela Argentina yığmasında 25 oyunda 3 qol vurub.