Tanınmış futbolçu Yunanıstan klubuna keçə bilər

“Mançester Yunayted”dən ayrılan Antoni Marsial karyerasını Yunanıstanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, AEK fransalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Sport24.gr” saytı məlumat yayıb. AEK 28 yaşlı hücumçuya tarixinin ən yüksək məvacibini təklif edib. Marsial hələ qərarını verməyib.

Forvard ötən mövsümdə “Mançester Yunayted”lə 19 oyunda 2 qol vurub.