Tanınmış futbolçu yığmadakı karyerasını bitirdi

İspaniyalı futbolçu Xesus Navas milli karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, 38 yaşlı cinah oyunçusu bu barədə özü açıqlama verib.

Navas İspaniya yığması ilə Avro-2024-də iştirak edib. O, İngiltərə ilə final matçında (2:1) meydana çıxmayıb.

Xesus millidə 2009-cu ildə debüt edib. O, 56 oyunda 5 qolla yadda qalıb.