Tanınmış futbolçu millidən getdi

“Əl Nəsr”in xorvatiyalı futbolçusu Marçelo Brozoviç millidəki karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi 2014-cü ildə millidə debüt edib. O, Xorvatiya yığmasında 99 oyunda 7 qol vurub.