Tanınmış futbolçu karyerasını bitirdi

“Betis”in futbolçusu Sokratis Papastatopulos karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə TMW nəşri məlumat yayıb. Yunan müdafiəçi klubla bitən müqaviləsini yeniləməyib və futbolçu karyerasını sonlandırmağa qərar verib.

Sokratis karyerası ərzində İtaliyada “Cenoa”, “Milan”, “Verder”, İngiltərədə “Arsenal”, Almaniyada “Verder”də çıxış edib. 35 yaşlı oyunçu Yunanıstan yığmasında 90 oyunda forma geyinib.