Tanınmış futbolçu karyerasını bitirə bilər

Portuqaliyalı futbolçu Pepe karyerasını bitirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Rudi Qaletti məlumat yayıb. 41 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanından bir neçə klubdan təklif alsa da, karyerasını bitirmək haqda düşünür.

Daha əvvəl İspaniyanın “Selta” klubunun Pepe ilə maraqlandığı bildirilirdi.

Müdafiəçinin son klubu “Portu” olub. O, bundan əlavə, “Beşiktaş”, “Real” kimi komandalarda forma geyinib.