Tanınmış futbolçu Avro-2024-dən sonra millidən gedəcək

Fransa millisinin hücumçusu Olivye Jiru yığmadakı karyerasını bitirəcək.

Futbolpress.az xəbər verir ki, 37 yaşlı forvard bununla bağlı “Lequipe”yə açıqlamasında deyib. O, Avro-2024-ün onun üçün milli formada sonuncu turnir olacağını deyib.

Jiru 2011-ci ildən Fransa millisinin formasını geyinir. O, yığmada 131 oyunda 57 qol vurub. Forvard 2018-ci ildə yığma ilə dünya çempionu adını qazanıb.