Tanınmış futbolçu A Seriyasında məşqçiliyə başlayır

“İnter”in sabiq futbolçusu Kristian Kivu məşqçiliyə başlayır.

Futbolpress.az xəbər verir ki, rumıniyalı mütəxəssis “Parma”ya rəhbərlik edəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Kivu ilə müqavilə 2026-cı ilin yayına kimi olacaq.

Kivu bundan öncə – 2018-2024-cü illərdə “İnter”in akademiyasında işləyib.