Tanınmış futbolçu 39 yaşında yeni müqavilə imzaladı

İspaniya millisinin sabiq futbolçusu Santi Kasorla “Real Ovyedo” ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi daha bir il Sequnda təmsilçisində çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kasorla karyerası ərzində “Vilyarreal”, “Arsenal” kimi klublarda forma geyinib. O, 2023-cü ilin yayından “Real Ovyedo”da çıxış edir.