Müdafiəçi Mark Tamaş ilə yollarını ayıran “Neftçi” daha bir futbolçu ilə vidalaşmağa hazırlaşır.
“FutbolPress“in məlumatın görə, “ağ-qaralar” cinah oyunçusu Andrey Ştoqrinlə yollarını ayırmaq istəyir. 26 yaşlı futbolçu ilə müqavilənin ləğvi ilə bağlı danışıqlar gedir.
Ştoqrinin müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm 18 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib.