Yunan-Roma güləşi üzrə Azərbaycan idmançısı Taleh Məmmədov karyerasını başa vurub.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məmmədov Avropa ikincisi və dünya üçüncüsü olub. O, bundan sonra məşqçi kimi fəaliyyətini davam etdirəcək.