Tahir Gözəl Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb

“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov ilə onun xanımı, ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.

Futbolpress.az xəbər verir ki, görüş Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Lüdoqorets”lə qarşılaşacaq Ağdam klubunun Bolqarıstana səfəri çərçivəsində baş tutub. Tahir Gözəl göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Hər iki səfir “Lüdoqorets” – “Qarabağ” oyununu stadionda canlı izləyəcəklər.