Tərlan qaldı – ölkədən çıxıb getmək haqda pritça

Lap çoxdan idi ki, futbolumuzda duzlu-məzəli söhbət olmurdu. Boz, maraqsız, darıxdırıcı…

Hətta AFFA-nın yeni rəhbərliyinin ilk “icrakom iclası” gözlənilən qədər maraqlı olmadı.

Belə bir bozumtulluğun ortasında sosial şəbəkələri Ramin Musayevin sözləri bəzədi. Peşəkar Futbol Liqasının keçmiş prezidenti yenə əvvəlki günləri xatırlatdı.

Deyib ki, Tərlan Əhmədovu qoysunlar milliyə baş məşqçi, nəticə verməsə, ölkədən çıxıb gedəcək. Şərti də var: dəyib-dolaşmasınlar.

Musayevin mövzusuzluqdan girinc qalmış futbol gündəmimizə meyxana deyişmələrindəki kimi səs-küy gətirməsini alqışlamaq lazımdır.

Ay yoldaşlar, bu, futboldur!

Futbolda neyləyərlər?!

Oynayarlar!

Hökumət bir ətək pul verib, budur oynamağınız?!

Adə, bir az diri oynayın da!

Kamil Əhməd

P.S. Tərlan qaldı…