“Birbaşa Bakı” minifutbol üzrə Azərbaycan çempionatının qalibi olub.
Futbolpress.az xəbər verir ki, komanda həlledici oyunda “Aznur”u darmadağın edib – 5:2.
“Birbaşa”nın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında qələbəni belə şərh edib:
“Çox sevincli və xoşbəxtəm. Final ağır oyun oldu. Rəqibin kimliyindən asılı olmayaraq, son oyundur deyə hər kəs mübarizə aparır. Çox əziyyət çəkdik. Şükürlər olsun, əziyyətimiz yerdə qalmadı, çox sevincliyik. Bura gələndən komandaya kömək etməyə çalışmışam. Fərqlənə bildiyimçün sevincliyəm. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm”.
Təmkin Xəlilzadə futbol üzrə Azərbaycan yığmasının sabiq oyunçusudur. Cinah müdafiəçisi eyni zamanda “Sabah”, “Zirə” kimi klublarda forma geyinib.