Alman yarımmüdafiəçi İlkay Gündoğan “Barselona”da qalmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanı və Türkiyə klublarından təklifləri olan İlkay daha bir mövsümü “Barselona”da keçirmək arzusundadır.
33 yaşlı futbolçu 2023-cü ilin yayındna “Barselona”da forma geyinir. O, La Liqada 36 oyunda 5 qol vurub.