Təxirə salınan oyunların yeni vaxtı məlum oldu

İtaliya A Seriyasında Roma papası Françeskonun ölümü səbəbiylə dünən təxirə salınan oyunların yeni vaxtı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Matçlar sabah baş tutacaq.

İtaliya A Seriyası
XXXIII tur

23 aprel

20:30 Torino – Udineze
20:30 Kalyari – Fiorentina
20:30 Cenoa – Latsio
20:30 Parma – Yuventus