“Barselona”nın futbolçusu Jul Kunde sıx qrafikdən narazılıq edib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi tez-tez oynamağın futbolçu üçün yaxşı olmadığını deyib:
“Uzun müddətdir, danışırıq, amma nə futbolçular, nə baş məşqçilər bizi eşidir. İstirahət üçün vaxtımız olmur. Buna görə də zədələr artır. Klubların dünya çempionatını da nəzərə alsaq, mövsümdə 70-ə yaxın oyun keçirəcək. Bu, dəlilikdir”.