Sxadadze getsə, o gələcək

“Qəbələ”də baş məşqçi Kaxaber Sxadadzenin taleyi sual altındadır.

FutbolPress“in əldə etdiyi məlumata görə, gürcüstanlı mütəxəssis yayda klubu tərk edə bilər. “Qırmızı-qaralar”ın rəhbərliyi mövsümün sonuncu oyunundan sonra mütəxəssislə görüşəcək və yekun qərarı verəcək.

Sxadadzenin komandadan ayrılmaq ehtimalı böyükdür. Gürcüstanlı mütəxəssis aşağı liqa klubunda çalışmaq niyyətində deyil və bu səbəbdən Qəbələni tərk etmək arzusundadır. “Qəbələ”də onun yerinə əsas namizəd əvəzedici komandanın baş məşqçisi Famil Xəlilovdur.

Uzun müddətdir, klubun aşağı yaş qruplarında çalışan mütəxəssis yeni mövsümdə I Liqada mübarizə aparacaq komandaya rəhbərlik etməyə əsas namizəddir. Xəlilov da bu varianta müsbət yanaşır.

“Qəbələ” Premyer Liqanın sonuncu turunda mayın 25-də səfərdə “Sumqayıt”la qarşılaşacaq.