Superkubok oyunu onlara tapşırıldı

İtaliyanın “Atalanta” və İspaniyanın “Real” komandaları arasında keçiriləcək UEFA Superkuboku matçına hakim təyinatları açıqlanıb.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü isveçrəli hakimlər briqadası idarə edəcək.

Baş hakim Sandro Şerer olacaq. Ona yan xətt hakimləri Stefan De Almeyda və Yonas Erni kömək edəcəklər. VAR hakimi alman Bastian Dankert, köməkçisi isə Feddayi San və Kristian Dinqert olacaq.

Görüş avqustun 14-də keçiriləcək.