Bu qurumun yaradıcıları FIFA və UEFA-ya müraciət elan ediblər.
Futbolpress.az xəbər verir ki, Super Liqanın arxasında duran şirkət – A22 Sports Management yeni Avropa klub yarışının rəsmi tanınması üçün UEFA və FIFA-ya təklif təqdim etdiyini açıqlayıb.
Layihə həm də yeni ad alıb – “Birləşdirici Liqa”. Bildirilir ki, bu, matçları pulsuz olaraq canlı yayımlayacaq axın platformasının dəyərini vurğulayır.
Təklif bir neçə il ərzində və xüsusən də Avropa Ədalət Məhkəməsinin (AİHM) dekabr 2023-cü il qərarından sonra geniş spektrli futbol maraqlı tərəflərindən alınan rəyləri özündə birləşdirir.
Əsas xüsusiyyət hər mövsümün sonunda yerli liqa nəticələrinə əsasən klubun turnirdə iştirakı ilə yenidən işlənmiş kvalifikasiya sistemidir. Bildirilir ki, təklif həm də UEFA tərəfindən “Avropa idman modeli”nin tərifinə tam uyğundur.
Yenidən işlənmiş kvalifikasiya sistemi əsasən klublar, liqalar və digər tərəflərlə müzakirələr nəticəsində hazırlanıb. Açıq dialoq üçün daha konstruktiv mühit yaratdığı üçün bu müzakirələr AİB-in qərarından sonra əhəmiyyətli dərəcədə intensivləşib.
Qeyd edək ki, əvvəlcə Super Liqa layihəsinə Avropanın 12 nəhəng komandası qoşulmuşdu. Lakin FIFA və UEFA-nın sanksiya təhdidindən sonra klublar geri addım atıblar. Hazırda UEFA və FIFA-ya tabe olmayan Avropa Super Liqası layihəsindən yalnız İspaniyanın “Real” və “Barselona” klubları ayrılmayıb.