Super Liqadan Fransa klubuna üz tutdu

“Beşiktaş”ın yarımmüdafiəçisi Əl-Musrati icarə əsasında karyerasını “Monako”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, liviyalı oyunçu cari mövsümün sonuna qədər Fransa Liqa 1-də çıxış edəcək. 28 yaşlı futbolçu ötən ilin fevralında Türkiyə klubuna qoşulub.

O, cari mövsüm “Beşiktaş”ın heyətində 25 oyuna çıxıb və 2 qol vurub.