Super Liqa: son oyunda meydan sahibləri sevindi

Bu gün Türkiyə Super Liqasında XI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, açılış oyununda “Qaziantep” “Göztepe”ni qəbul edib. Matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Beşiktaş” bu turda azarkeşləri önündə “Kasımpaşa”ya uduzub.

“Fənərbağça” “Trabzonspor” səfərindən qələbə ilə dönüb. Turun son oyununda “Samsunspor” “Antalyaspor”a qalib gəlib.

Türkiyə Super Liqası
XI tur

1 noyabr

Qaziantep – Göztepe 2:1
Qollar: K.Lunqoyi, 77, D.Soresku, 82 (pen.) – A.İldiz, 64

2 noyabr

Sivasspor – Rizespor 2:1
Qollar: S.Sundberq, 49, 61 – D.Vareşanoviç, 8

Kayserispor – Adana Demirspor 0:0

Beşiktaş – Kasımpaşa 1:3
Qollar: E.Muçi, 45+3 – K.Vink, 54, A.Kara, 70, M.Fall, 88

3 noyabr

Konyaspor – Başakşəhər 3:2
Qollar: A.Ndao, 32, 50, 73 – J.Opoku, 45+2, K.Pyontek, 90+3

Bodrumspor – Alanyaspor 0:0

Eyüpspor – Hatayspor 2:0
Qollar: M.Tiam, 11, 60

Trabzonspor – Fənərbağça 2:3
Qollar: S.Banza, 59 (pen.), 67 (pen.) – Fred, 42, E.Dzeko, 75, S.Amrabat, 90+12

4 noyabr

Samsunspor – Antalyaspor 2:0
Qollar: K.Holz, 45, L.Dimata, 49