“Qalatasaray”dan qələbə, “Beşiktaş”a son dəqiqə şoku

Bu gün Türkiyə Super Liqasında VIII turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Rizespor” azarkeşləri önündə “Antalyaspor”u məğlub edib.

İzmirdə baş tutan “Göztəpə” – “Sivasspor” oyununda meydan sahibləri son dəqiqə qoluna sevinib. “Trabzonspor” isə “Hatayspor” səfərindən bir xalla dönüb.

“Qalatasaray” “Alanyaspor”u minimal hesabla məğlub edib. “Beşiktaş” isə “Qaziantep” səfərində son dəqiqədə buraxdığı qolla qələbəni əldən verib.

Türkiyə Super Liqası
VIII tur

4 oktyabr

Rizespor – Antalyaspor 2:1
Qollar: V.Yureçka, 38, K.Alikulov, 44 – A.Qayç, 87

5 oktyabr

Kasımpaşa – Bodrumspor 0:0

Göztəpə – Sivasspor 3:2
Qollar: Romulo, 6, İ.Sole, 10, D.Fofana, 90+4 – U.Çiftçi, 55, Q.Meniq, 57

Başakşəhər – Kayserispor 1:1
Qollar: K.Pyontek, 53 – K.Mane, 32

Hatayspor – Trabzonspor 1:1
Qollar: G.Sağlam, 14 – S.Banza, 48

6 oktyabr

Konyaspor – Eyüpspor 2:1
Qollar: Y.Erdoğan, 72, D.Aleksiç, 90+7 – A.Kutucu, 65

Adana Demirspor – Samsunspor 1:3
Qollar: Y.Barasi, 7 (pen.) – A.Muya, 58, L.Dimata, 90+3, S.Aydoğdu, 90+10

Qalatasaray – Alanyaspor 1:0
Qol: Y.Akgün, 28

Qaziantep – Beşiktaş 1:1
Qollar: A.Maksim, 90+5 – C.İmmobile, 31 (pen.)