Super Liqa: “Fənərbağça”dan darmadağın

Bu gün Türkiyə Super Liqasının III turun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Alanyaspor” azarkeşləri önündə “Göztepe” ilə heç-heçəyə razılaşıb.

Debütant “Eyüpspor” Sivas səfərindən qələbə ilə dönüb. Bu mövsüm elitaya yüksələn “Bodrumspor” isə “Konyaspor”a qalib gəlib.

“Fənərbağça” “Rizespor”u səfərdə darmadağın edib.

Türkiyə Super Liqası
III tur

23 avqust

Alanyaspor – Göztepe 1:1
Qollar: Y.Özdemir, 48 – Heilton, 45

24 avqust

Sivasspor – Eyüpspor 0:1
Qol: A.Kutucu, 8

Bodrumspor – Konyaspor 3:1
Qollar: A.Demirbağ, 28 (avtoqol), Q.Puşkaş, 40, K.Özer, 87 (pen.) – Pedrinyo, 45+4

25 avqust

Kasımpaşa – Adana Demirspor 2:2
Qollar: H.Hayradinoviç, 30, N.Da Kosta, 59 – Y.Barasi, 65, C.Manev, 90+3

Antalyaspor – Hatayspor 3:2
Qollar: Kelven, 60, M.Cenepo, 66, B.Samudio, 90+4 – K.Strandberq, 26 (pen.), 32

Rizespor – Fənərbağça 0:5
Qollar: Fred, 15, 60, 64, E.Dzeko, 53, K.Alikolov, 66 (avtoqol)

26 avqust

22:00 Trabzonspor – Kayserispor