Bu gün Türkiyə Super Liqasında 2024/25 mövsümündə I tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, açılış oyununda son çempion “Qalatasaray” “Hatayspor”la qarşılaşıb. “Cim-bom” hesabda geri olsa da, iki qol vuraraq yekunda qələbə qazanıb.
“Fənərbağça” bu turda “Adana Demirspor”u minimal hesabla məğlub edib. “Antalyaspor” isə azarkeşləri önündə “Göztepe” ilə heç-heçə edib.
“Trabzonspor” səfərdə “Sivasspor”la qolsuz bərabərə qalıb. “Beşiktaş” isə “Samsunspor”u məğlub edib.
Son oyun günündə iki görüş baş tutub. “Qaziantep” səfərdə “Bodrumspor”u məğlub edib, “Başakşəhər” isə səfərdə “Rizespor”la heç-heçəyə razılaşıb.
Türkiyə Super Liqası
I tur
9 avqust
Qalatasaray – Hatayspor 2:1
Qollar: M.İkardi, 80 (pen.), M.Batşuayi, 90 – J.Fernandes, 52
10 avqust
Kasımpaşa – Konyaspor 2:3
Qollar: N.Da Kosta, 48, K.Vink, 75 – Pedrinyo, 7, D.Aleksiç, 81, U.Nayır, 89
Antalyaspor – Göztəpə 0:0
Fənərbağça – Adana Demirspor 1:0
Qollar: E.Ceko, 33
11 avqust
Sivasspor – Trabzonspor 0:0
Alanyaspor – Eyüpspor 1:1
Qollar: S.Kordova, 76 – S.Sais, 64
Samsunspor – Beşiktaş 0:2
Qollar: R.Silva, 31, Q.Paulista, 36
12 avqust
Bodrumspor – Qaziantep 0:1
Qol: E.Saborit, 90+7
Rizespor – Başakşəhər 1:1
Qollar: K.Alikulov, 45+6 – J.Fiqueyredo, 39