Super Liqa: “Trabzonspor” qələbə qazandı

Türkiyə Super Liqasında XXIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Trabzonspor” Arda Turanın çalışdırdığı “Eyüpspor”u minimal hesabla məğlub edib.

“Fənərbağça” səfərdə vacib 3 xal qazanıb. “Qalatasaray” – “Adana Demirspor” matçında isə qonaqlar verilən penaltiyə etiraz olaraq, görüşün 30-cu dəqiqəsində meydandan çəkiliblər.

“Kayserispor” ev, “Beşiktaş” isə səfər qələbəsinə sevinib.

Turun açılış matçında “Samsunspor”la “Hatayspor” qarşılaşıb. Görüş samsunluların qələbəsiylə sona çatıb.

Türkiyə Super Liqası

XXIII Tur

7 fevral

Samsunspor – Hatayspor 2:0

Qollar: Marius, 3, Z.Yavru, 7

8 fevral

Kayserispor – Konyaspor 3:2

Qollar: D.Nazon, 14, 55, M.Kardoso, 23 – D.Aleksiç, 45+1, B.Kramer, 69

Sivasspor – Beşiktaş 0:2

Qollar: E.Topçu, 43, J.Mario, 90+4 (pen.)

9 fevral 

Kasımpaşa – Rizespor 3:2

Qollar: K.Rodriqez, 26, H.Hayradinoviç, 45+8 (pen.), Da Kosta, 57 – S.Bolat, 30 (avtoqol), A.Sov, 80

Alanyaspor – Fənərbağça 0:2

Qollar: S.Şymanski, 22, A.Taliska, 42

Antalyaspor – Başakşehir 0:0

Qalatasaray – Adana Demirspor 1:0 (Oyun yarıda kəsildi)

Qol: A.Morata, 12 (pen.)

10 fevral

Bodrumspor – Göztəpə 0:0

Trabzonspor – Eyüpspor 1:0

Qol: J.Lundstram, 59