“Eyüpspor”dan darmadağın

Türkiyə Super Liqasında XXXI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son gündə “Eyüpspor” 6 cavabsız qolla “Adana Demirspor”u məğlub edib.

“Fənərbağça” səfərdə “Trabzonspor” isə evdə inamlı qələbə qazanıb.

“Beşiktaş” doğma meydanda “Başakşehir”ə uduzub.

Turun açılış matçında “Samsunspor”u məğlub edən “Qalatasaray” zirvədəki yerini qoruyub.

Türkiyə Super Liqası

XXXI Tur

11 aprel

Samsunspor – Qalatasaray 0:2

Qollar: Y.Akgün, 14, V.Osimhen, 46

12 aprel

Konyaspor – Göztəpə 1:0

Qol: B.Kramer, 24

Beşiktaş – Başakşehir 0:2

Qollar: Y.Sarı, 62, 76

Bodrumspor – Antalyaspor 0:0

13 aprel

Qaziantep – Hatayspor 2:1

Qollar: E.Boatenq, 45+2, H.Dervişoğlu, 59 – V.Abubakar, 38

Kayserispor – Kasımpaşa 1:0

Qol: M.Kardozo, 76

Sivasspor – Fənərbağça 1:3

Qollar: E.Bekiroğlu, 57 – Taliska, 42, D.Tadiç, 47, 90

Trabzonspor – Rizespor 2:0

Qollar: O.Zubkov, 15, 21

14 aprel

Eyüpspor – Adana Demirspor 6:0

Qollar: M.Tiam, 10, E.Akbaba, 21, 50, U.Bozok, 30, T.Bingöl, 78, H.Akbunar, 87