Super Liqa klubu baş məşqçisiylə vidalaşdı

“Samsunspor” baş məşqçisi Markus Gisdolla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müddəti bitən müqavilə uzadılmayıb.

Gisdol 2023/2024 mövsümünün əvvəlindən komandaya rəhbərlik edirdi. “Samsunspor” Super Liqada 43 xalla 12-ci sıradadır.