Super Liqada XVII tura yekun vuruldu

Bu gün Türkiyə Super Liqasında XVII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son matç günüdə iki qarşılaşma baş tutub. “Başakşehir” evdə “Kasımpaşa”yla bacarmayıb. “Adana Demirspor” isə “Hatayspor” səfərindən qalib ayrılıb.

Dünən lider “Qalatasaray” səfərdə “Kayserispor”u darmadağın edib. “Qaziantep”, “Göztəpə” və “Trabzonspor” doğma meydanda qələbəyə sevinib.

Srağagün “Beşiktaş” doğma meydanda “Alanyaspor”la bacarmayıb. “Samsunspor” da “Sivasspor” səfərində 1 xalla qayıdıb.

İlk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Eyüpspor”la “Fənərbağa üz-üzə gəlib. Qapılara yol tapılsa da qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası

XVII tur

20 dekabr

Eyüpspor – Fənərbağça 1:1

Qollar: A.Kutucu, 26 – Y.En Nesyri, 45+4

21 dekabr

Sivasspor – Samsunspor 0:0

Beşiktaş – Alanyaspor 1:1

Qollar: R.Silva, 7 – N.Lima, 5

22 dekabr

Qaziantep – Antalyaspor 2:0

Qollar: K.Kozlovski, 42, A.Maksim, 66

Göztəpə – Rizespor 3:0

Qollar: N.Miroşi, 25, 78, D.Tiyaniç, 71

Kayserispor – Qalatasaray 1:5

Qollar: S.Bahoken, 14 – V.Osimhen, 4 (pen.), 71, B.Yılmaz, 29, 87, Y.Akgün, 51

Trabzonspor – Bodrumspor 1:0

Qol: P.Malheyro, 86

23 dekabr

Başakşehir – Kasımpaşa 2:2

Qollar: K.Piatek, 9 (pen.), 42 (pen.) – N.Da Kosta, 3, G.Gül, 68

Hatayspor – Adana Demirspor 1:3

Qollar: V.Abubakar, 25 – S.Güler, 61, O.Demirbaq, 70, A.Aymbetov, 75