Arda Turanın komandası uğursuzluq zolağından çıxa bilmir

Türkiyə Super Liqasında XXVI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi “Eyüpspor” çempionatda ardıcıl ikinci məğlubiyyətini alıb.

“Qalatasaray” səfərdə xal itirib. “Fənərbağça” isə 3 xalı 3 qolla qazanaraq, “Qalatasaray”la xal fərqini 4-ə endirib.

Turun açılış günündə iki matç baş tutub. “Adana Demirspor” evdə “Bodrumspor”la bacarmayıb. “Beşiktaş” isə “Kayserispor”u üstələyib.

Türkiyə Super Liqası

XXVI Tur

1 mart

Adana Demirspor – Bodrumspor 0:0

Beşiktaş – Kayserispor 2:0

Qollar: J.Mario, 45, S.Kılıçsoy, 90+7

2 mart

Rizespor – Alanyaspor 3:1

Qollar: R.Qezzal, 46, A.Sov, 71, İ.Olavoyin, 85 – A.Sporar, 65 (pen.)

Kasımpaşa – Qalatasaray 3:3

Qollar: Ben Ouanes, 52, J.Brekalo, 61, H.Hayradinoviç, 85 (pen.) – V.Osimhen, 12 (pen.), 71, M.Lemina, 69

Fənərbağça – Antalyaspor 3:0

Qollar: M.Müldür, 9, D.Tadiç, 26, En Nesyri, 30

3 mart

Qaziantep – Eyüpspor 3:1

Qollar: E.Boatenq, 52, 78, D.Okereke, 90+4 – T.Bingöl, 65

Konyaspor – Trabzonspor 1:0

Qol: U.Nayır, 90+10 (pen.)

Başakşehir – Sivasspor 1:0

Qol: D.Türüç, 9

Göztəpə – Samsunspor 2:2

Qollar: N.Miroşi, 45+5, X.Santos, 51 – K.Şindler, 67, Van Droncelen, 90+3