“Sumqayıt”la sözləşməsini uzatdı

“Sumqayıt” Futbol Klubu 2025/26 mövsümü üçün heyət çalışmalarına start verib.

Futbolpress.az xəbər verir ki, “komyaçılar” yarımmüdafiəçi Roi Kehatla qüvvədə olan müqaviləni daha 2 il müddətinə uzadıb.

Qeyd edək ki, 2023/24 mövsümündən “Sumqayıt”da çıxış edən Kehat ümumilikdə 69 qarşılaşmada meydana çıxıb. İsrailli yarımmüdafiəçi bu matçlarda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.