“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.
Futbolpress.az xəbər verir ki, Samir Abasovun yetirmələri iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirəcək.
“Çam Otel”də məskunlaşacaq komanda bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. Rəqiblərin kimliyi və oyunların tarixi hələ məlum deyil.