“Sumqayıt”ın sabiq qapıçısı I Liqa klubunda

Yeni mövsümdə I Liqada mübarizə aparacaq “Qaradağ Lökbatan” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda qapıçı İlnur Vəliyevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiperlə 1 illik müqavilə imzalanıb.

İlnur “Sumqayıt”, “Sumqayıt-2” və “Rubin-2” kimi komandalarda forma geyinib.