“Sumqayıt”ın sabiq futbolçusu “Şaxtyor”da

“Sumqayıt”ın sabiq futbolçusu Rıfat Nurmaqamet Qazaxıstanda klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, son mövsümü “Turan”da keçirən yarımmüdafiəçi “Şaxtyor”a keçib. 28 yaşlı futbolçunun keçidi yaxın zamanda açıqlanacaq.

Rıfat 2022-ci ilin yayından 2023-cü ilin martına kimi “Sumqayıt”da çıxış edib. O, Premyer Liqada 9 oyunda iştirak edib.