“Sumqayıt”ın sabiq baş məşqçisi: “Azərbaycanda işləmək çətindir”

Azərbaycan yığması bu gün yoldaşlıq oyununda Belarusu qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, belaruslu mütəxəssis, bir dönəm “Sumqayıt”a rəhbərlik edən Aleksey Baqa yerli mətbuata açıqlamasında oyundan gözləntilərini bölüşüb:

“Nə gözləmək lazımdır? Azərbaycan Haitiyə 0:3 hesabıyla uduzub və legioner məşqçiləri var. Hər kəs tərəfindən bu nəticə son dərəcə mənfi qəbul edilir. Azərbaycanda işləmək çətindir, öz təcrübəmdən bilirəm”.

Baqa 2021/2022 mövsümündə “Sumqayıt”ın baş məşqçisi olub.

Azərbaycan – Belarus oyunu saat 21:45-də başlayacaq.