“Sumqayıt”ın rəqibindən qələbəsiz start

Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Fehervar” Macarıstan çempionatında ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Tomaş Petonun rəhbərlik etdiyi kollektiv səfərdə “Keşkemet”lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

“Fehervar” “Sumqayıt”ı ilk oyunda 2:1 hesabıyla məğlub edib. Cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.