“Sumqayıt”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin qısa siyahısı məlum olub.
Futbolpress.az xəbər verir ki, belə ki, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək püşkatmada “kimyaçılar” “Başakşehir” (Türkiyə), “Hapoel” (Ber-Şeva, İsrail), “Omoniya” (Kipr), “Fehervar” (Macarıstan) və “Sent Qallen” (İsveçrə) kollektivlərindən biri ilə bu mərhələdə rəqib olacaq.