“Sumqayıt”ın oyununa bilet satışı davam edir

Premyer Liqanın X turunda sabah keçiriləcək “Sumqayıt” – “Turan Tovuz” matçına bilet satışı davam edir.
Futbolpress.az xəbər verir ki, biletlərinizi iTicket.az saytı ilə yanaşı Mehdi Hüseynzadə adına stadionun kassasına yaxınlaşıb əldə edə bilərsiniz. Qeyd edək ki, kassadan bilet satışı bu gün saat
19:00-a qədər, sabah isə 12:00-dan oyun saatına qədər davam edəcək.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
“Sumqayıt” – “Turan Tovuz” oyunu saat 20:00-da start götürəcək.