“Sumqayıt” klubuunun basketbolçusu Zayon Yanq “Sərhədçi” ilə seriyanın 3-cü görüşündən əvvəl klubun mətbuat xidmətinə açıqlama verib.
Futbolpress.az xəbər verir ki, əslində “Sərhədçi”yə uduzduğumuz oyunda da yaxşı oynamışdıq. İkinci matçda isə ümumiyyətlə mükəmməl idik. Kollektiv olaraq var gücümüzü ortaya qoyduq. Həm hücum, həm də müdafiəmizə söz ola bilməzdi. Fikrimcə, serianın həlledici görüşündə qalib gələn tərəf “Sumqayıt” olacaq! Çərşənbə günü azarkeşlərin dəstəyinə ehtiyacımız var. Onların hamısını arenaya səsləyirəm. Hətta Bakıdan olan fanatlarımız da Sumqayıta gəlsin!”