“Sumqayıt”ın legionerinə şans verildi

“Sumqayıt”ın legioneri Tresor Mossi Burundi yığmasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, o, DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində Fil Dişi Sahili ilə matçda iştirak edib. Mossi 86-cı dəqiqədə Abedinin əvəzinə meydana daxil olub.

Matç Fil Dişi Sahilinin qələbəsiylə başa çatıb – 1:0.

Burundi yığması F qrupunda 5 oyundan sonra 7 xalla üçüncü sıradadır. Fil Dişi Sahili isə 13 xalla liderdir.